• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

12 MAY - Ümumdünya Tibb Bacıları Günüdür!

İngilis tibb bacısı Florens Naytinqeylin şərəfinə təsis olunan və 1971-ci ildən etibarən qeyd edilən 12 may tarixi Beynəlxalq Qırmızı Xaç Komitəsinin qərarına əsasən təsis olunub. Müasir tibb bacısı peşəsinin qurucusu: Florens Naytinqeyldir və  Bu sözləriylə məşhurdur: "Tanrının ən dəyərli hədiyyəsi olan həyat, çox vaxt tibb bacısının əllərinə həvalə olunmuşdur".

Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur. Başqa sözlə desək, bu gün nəcib əməllərinə görə humanist peşə sahiblərinə təşəkkür etməyə dəyər.

100 illik tarixə malik tibb bacısı günü 141 ölkədən olan şəfqət bacılarının birləşərək, ictimai təşkilat yaratmasından sonra qeyd edilməyə başlamışdır.

Hospitalımızda çalışan tibb bacılarının simasında bu peşənin sahibi olan hər kəsi təbrik edir, işlərində müvəffəqiyyətlər arzu edirik.


3980