• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Şəkərli Diabet xəstələrinin nəzərinə!

Şəkərli Diabet xəstələrinin nəzərinə!

Avrasiya Hospital Sizi “Diabet Məktəbi“ adlı layihənin açılışına dəvət edir!

Bu layihədə Şəkərli diabet xəstəliyi haqqında daha ətraflı məlumat əldə edəcəksiniz! Layihə PULSUZ dərslərdən ibarət olacaq və davamlı olacaq.

İlk dərs 24 oktyabr saat 10:30-da, layihənin rəhbəri 14 illik təcrübəyə malik Endokrinologiya və Metabolizma xəstəlikləri üzrə mütəxəssis Dr. Günay Əliyeva və Nutrisiologiya ixtisası üzrə Böyük Britaniyada magistratura təhsili almış yeganə Azərbaycanlı Dietoloq Dr. Emil Hidayətli tərəfindən keçiriləcək.

Dərslərdə əldə edəcəyiniz məlumatlar nələr olacaq?

• Şəkərli diabet nədir?

• Şəkərli diabetin tipləri

• Diaqnostikası • Müalicəsi

• Şəkərli diabetin erkən və gecikmiş ağırlaşmaları

• Şəkərli diabetdə insulinin rolu

• Şəkərli diabet ilə həyat

• Şəkərli diabetdə düzgün qidalanma

• Şəkərli diabet ilə fiziki aktivlik və s.

Bu və digər suaların cavabını Siz bizim "Diabet Məktəbi" layihəmizdə əldə edəcəksiniz! Qeyd edək ki, bu layihə həm şəkərli diabet xəstələrinə həm də onların qohum və yaxın adamları üçün təşkil olunub. 

Dərslərdə iştirak etmək üçün öncədən bizə zəng edib qeydiyyatdan keçməniz xahiş olunur!

Dərslər ödənişsizdir və yerlərimiz məhduddur!

 

Ünvan: Bakı ş., Nəsimi r-nu, Ak. Həsən Əliyev küç. 15.

Tel: 1116

Mobil: (055) 979 01 01



3750