• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Xəstəxana daxili infeksiya, sterilizasiya və dezinfeksiyaya

03.03.2018-ci il tarixində Avrasiya Hospitalda növbəti seminar keçirildi. Seminar təkcə Azərbaycanın yox bir çox ölkənin də tibb müəssisələrində aktual mövzu olan "Xəstəxana daxili infeksiya, sterilizasiya və dezinfeksiyaya" həsr olunmuşdur. Mövzu üzrə hospitalın məsul işçisi Şahbazova Aygün ətraflı məruzə ilə çıxış etdi. Seminarda orta və aşağı tibb personalı iştirak edirdi. Mövzu ətrafında maraqlı diskussiyalar olundu. Həmçinin seminarda "Shülke Mayr" şirkətinin nümayəndəsi Balağa bəy dezinfektantlara aid geniş məruzə ilə çıxış etdi. Hospitalda istifadə edilən dezinfektantlar, onların hazırlanması və istifadə qaydaları seminar iştirakçılarına izah edildi. 
Növbəti seminar 17.03.2018-ci il tarixində keçiriləcək və mövzu "Urologiya - uroloji xəstələr qulluq" olacaq. Növbəti seminara dəstək üçün hospitalımızın uroloqu Uzman Dr. Elnur Məmmədov məruzə ilə çıxış edəcək.



2243