• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Qəlbinin Səsini Dinlə

Sentyabr ayının 22-si Gəncə şəhəri Ramada Plazada "Qəlbinin Səsini dinlə" adlı, Avrasiya Hospitalın təşkilati dəstəyi, Medtronic şirkətinin baş sponsorluğu, Eqis və Krka şirkətlərinin sponsorluqları ilə böyük konfrans təşkil olundu. Avrasiya Hospital-dan dəvətli bir çox həkimlərimiz bu konfransda Gəncə və Gəncə ətrafından təşrif buyurmuş həkimlərin önündə sunumları ilə çıxış etdi. Konfransın açılışını edən Avrasiya Hospitalın baş həkimi Kardioloq Dr. Azər Nağıyev gələn qonaqları salamlayıb sözü Professor Ata Kırılmaza verdi.  Daha sonra ardıcıl olaraq kardioloq-aritmoloq Dr. Günay Rəhimova,
Uzman nevroloq Dr. Nailə ƏləkbərovaUzman Qastroenteroloq Dr. Aqil AğakişiyevCərrah - Oftalmoloq Dr. Rəhimə Poluxova və  Pediatr Dr. Tərlan Əyyubov məruzələri ilə çıxış etdilər. Tədbir qala yeməyindən sonra sona çatdı.

 


2340