• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Peyvəndlər

Əziz valideynlər!
MMR (qızılca, məxmərək, parotit) vaksini 1-ci doza adətən 9-15 aylıq, 2ci doza isə 15 ay-6 yaşlı uşaqlara vurulur. 2 inyeksiya arasındakı fasilə ən azı 4 həftə olmalıdır.
Əgər uşaq 6-11 aylıqdırsa, yüksək yoluxma riskinə daxildirsə, beynəlxalq aləmə səfərlər edirsə vaksinasiya bu yashlarda edilə bilər. Ancaq 1 yaşdan sonra yenə də 2 dəfə vaksinasiya edilməlidir. 
Əgər uşaq əvvəl bu xəstəliklərdən (qızılca, məxmərək, parotit) hər hansı birini keçiribsə, digər keçirmədiyi xəstəliklərdən qorunmaq üçün vaksinasiya edilməlidir və buna əks göstəriş yoxdur.
Əgər uşaq hal-hazırda antibiotik qəbul edirsə də, vaksinasiya etmək olar və əks göstəriş yoxdur.
Əgər uşaöın xəstəliyi yüngüldürsə (həkim təyin edir bu dərəcəni), vaksinasiya edilə bilər.
Əgər 6-11 aylıq uşaq sağlamdırsa, və risk qrupuna daxil deyilsə, vaksinasiya 1 yaşı bitənə qədər təxirə salınır. 
Əgər7 yaşdan böyük uşaqlar risk qrupuna daxildirsə, vaksinasiya edilirlər. 2 inyeksiya və aralarındakı fasilə minimum 4 həftə.
Hamilə qadınlara, immundefisitli xəstələrə, şüa terapiyası və ximioterapiyaalan xəstələrə, uzun müddət (2 həftədən artıq) steroid, yəni hormonal preparatlar qəbul edən xəstələrə MMR vaksini OLUNMUR!

Pediatr Dr. Tərlan Əyyubov


1888