• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Şəkər xəstələrinə şad xəbər!!!2 Tip Şəkər Xəstələri artıq bu xəstəlikdən xilas olacaqlar!

Fevral ayının 28-i New Baku Otelində Avrasiya Hospital tərəfindən təşkil olunmuş daha bir Seminar baş tutdu. Bu dəfəki seminar "PİYLƏNMƏNİN VƏ DİABETİN MÜALİCƏSİNDƏ LAPAROSKOPİK CƏRRAHİYYƏNİN ROLU" mövzusunda idi. Seminarın açılışını Hospitalımızın baş həkimi kardioloq Dr. Azər Nağıyev etdi. Daha sonra Avrasiya Hospital Endokrinologiya və Metobolizm Mərkəzinin endokrinoloqları Dr. Günay Əliyeva və Dr. Arzu Əyyubova çıxış etdilər. Dr. Günay Əliyeva "Piylənmə - XXI əsrin pandemiyası" , Dr. Arzu Əyyubova isə "Metabolik sindrom: Sağlamlığımız üçün böyük təhlükə" adlı geniş məruzə ilə yadda qaldılar. 
Daha sonra Türkiyədən ekspert kimi dəvət olunmuş Piylənmə və Metobolik cərrah Dosent Dr. Recep Aktimur çox geniş bir məruzə ilə çıxış etdi və əməliyyatların gedişi barəsində seminara toplaşmış qonaqlara geniş məlumat verdi.



2006