
Trigeminal Nevralgiyaya səbəb olan amillər
Trigeminal nevralgiyanın dəqiq səbəbi bilinmədiyinə görə idiopatik xəstəliklərə aid edilir.
Lakin bu xəstəliyin inkişafına ən çox səbəb olan amillər:
Üçlü sinirin və ya onun şaxələrinin kəllə qutusunda və ya onu tərk etdikdən sonra kompressiyası :
Beyin damarlarının genişlənməsi: anevrizmalar (anormal damar genişlənməsi), ateroskleroz, hemorragik və işemik insult,
Sinirin virus mənşəli zədələnmələri: herpes infeksiyası, poliomielit, neyro-QİÇS
Sinir sisteminin xəstəlikləri:
Dağınıq skleroz;
Uşaq serebral iflici ( USİ );
Meningit, meningoensefalit ( virus, vərəm mənşəli );
Epilepsiya;
Başın travmaları, infeksion proseslər, beynin oksigen və qida maddələri ilə təminatının çatışmazlığı nəticəsində yaranan ensefalopatiyalar;
Üçlü sinirin nüvələri və lifləri nahiyəsində beyin şişiləri və qan dövriyyəsinin pozulması və s .
Odontogen səbəblər (dişlərlə əlaqəli)