• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Mədəkiçiltmə - Dr. Habil Qafarov

Bariatrik cərrahiyyə - Op.Dr. HABİL QAFAROV.

Piylənmə (obezity) insanların sağlamlığı üçün ciddi təhdiddir və təəssüf ki, dünyada, eləcə də ölkəmizdə sürətlə artmağa davam edir.
Tətbiq olunan müxtəlif pəhrizlər, idman məşqləri və həyat tərzini dəyişmək üçün verilən cəhdlər bir çox hallarda təkbaşına nəticəsiz qalır. Xüsusilə piylənmənin özüylə bərabər gətirdiyi şəkərli diabet, ürək xəstəlikləri, yuxu apnesi kimi ciddi sağlamlıq problemləri zaman keçdikcə həyati təhlükə yaradır. Məhz belə anlarda bariatrik cərrahiyə böyük əhəmiyyət kəsb edir.
Bariatrik cərrahiyyə - çəki verilməsi məqsədi ilə aparılan bütün cərrahi əməliyyatların toplusudur.
Bu əməliyyatlar nə qədər yeyə biləcəyinizin sərhədlərini müəyyənləşdirərək və qidaların mədə-bağırsaq sistemindən sorulmasını azaldaraq kilo itirilməsinə yönəlib.
Ən geniş yayılmış Bariatrik əməliyyatlar bunlardır:

  • Mədəkiçiltmə-Sleeve Gastrectomy
  • Gastric-Bypass
  • Mini Gastric-Bypass
  • Mədə bandajı

Bir sadələşdirmə etsək deyə bilərik ki, mədəkiçiltmə əməliyyatı zamanı mədənin həcmi cərrahi əməliyyat yolu ilə azaldılaraq daha az qida qəbuluna səbəb olur. Pasient qəbul etdiyi qidaların həcmini kontrol altında saxlaya bilir, doymuşluq hissinə tez çatır.
Yaxud digər bir növ bariatrik əməliyyat növündə bağırsaqların sahəsi kiçildilərək qida maddələrinin sorulmasını azaldır. Beləliklə, kalori alınmasının qarşısını alır.
Məhz buna görə də bir çox hallarda bariatrik cərrahiyyəyə həm də “Artıq çəki cərrahiyyəsi” deyilir. Çünki bariatrik cərrahiyyə uzunmüddətli və qalıcı kilo itirilməsini təmin edən yeganə üsuldur.
Bariatrik cərrahiyyədə əməliyyatlar qapalı üsulla, yəni laporoskopik aparılır. Beləliklə, pasientin bədənində heç bir kəsik izi buraxmır və estetik görünüşü pozmur. Əməliyyatların laporoskopik icra edilməsi sağalma müddətini və xəstəxanada yatış müddətini azaldır.
Qısa müddətdə özündə müsbət dəyişiklik görən pasientin əhval-ruhiyyəsində də ciddi dəyişiklik hiss olunur.
Tətbiq olunan pəhriz və aktiv həyat fəaliyyəti ilə birlikdə bariatrik cərrahiyyə kilo verilməsində gözlənilən nəticələri verir.


2404