• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az
  • Ümumi məlumat
  • Xidmətlər
  • Həkimlər

Ginekologiya bölümündə ümumi ginekoloji müayinə və müalicələrlə bərabər, pasientlər üçün daha avantajlı və qısamüddətli müalicə üsulları tətbiq edilir.

Hamiləliyin təyini və təqibi

(Döldə NT (fetal boyun qalınlığı) təyini, üçlü test, çox detallı ultrasəs müayinə, hamiləlikdə şəkərli diabetin və qan uyğunsuzluğunun araşdırılması və profilaktikası, non stress test, toko kardioqrafiya, hamiləlikdə qidalanma, hamiləlikdə intim həyat, doğum (keysəriyyə və normal doğum ümumi və spino-epidural anesteziya ilə), doğum sonrası ana və körpə təqibi, zahılıq psixozu, əmizdirmə qaydaları, doğum sonrası Pap smear müayinəsi)

Hamiləlikdən qorunma yolları: Ailə planlaması haqqında fərdlərə məlumat.

Qadınlar üçün hamiləlikdən qorunma yolları: uşaqlıq daxili spiral, oral kontraseptiv preparatların istifadə qaydaları, qadınlarda uşaqlıq borularının endoskopik yolla bağlanması.

İntim yolla yoluxan xəstəliklər: Xəstəliklər haqqında məlumat, yoluxmada əsas faktorlar, xəstəliklərin diaqnozu və müalicəsi, xəstəlikdən müalicə olunmadığı hallarda qarşılaşa biləcək problemlər və fəsadlar.

Ginekoloji xəstəliklər, törəmələr və onların cərrahi müalicə üsulları:

• Açıq və endoskopik cərrahiyyə

• Miyomaların cərrahi və konservativ müalicə üsulları

• Yumurtalıq şişlərinin endoskopik cərrahiyyəsi

• Bədxassəli ginekoloji törəmələrin cərrahi müalicəsi

• Polikistoz yumurtalıq sindromlarında müalicə

• Uşaqlıq və sidik kisəsi sallanmalarının müalicəsi

• Sidik tutabilmə ilə bağlı problemlərin konservativ və cərrahi müalicəsi

• Uşaqlıq boynu xərçəngi və neoplazmaların profilaktikasında xüsusi tədbirlər və peyvənd tətbiqi (guadrivalan və bivalan peyvəndlər).