• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az
  • Ümumi məlumat
  • Xidmətlər
  • Həkimlər

İnvaziv radiologiya - radiologiyanın bir bölümüdür. İnvaziv radiologiya son illərdə tibbin ən çox inkişaf etmiş sahələrindən biridir. Bu gün artıq Dünya praktikasında aparılan invaziv radioloji prosedur və əməliyyatların bir çox növləri Avrasiya Hospitalda uğurla həyata keçirilir. İnvaziv Radioloji əməliyyatlar, cərrahi əməliyyatlarla müqayisədə daha az riskli və daha az travmatikdir.

İnvaziv Radioloji Metodların Üstünlükləri:

• Bütün әmәliyyatlar yerli keyitmә ilә aparılır vә nadir hallarda ümumi anesteziyaya ehtiyac olur, nəticədə xәstәlәr ümumi anesteziya vә cәrrahi müdaxilәnin fәsadlarından qorunmuş olur.

• Cәrrahi kәsiyә vә ümumi anesteziyaya ehtiyac olmadığı üçün әmәliyyatdan sonrakı reabilitasiya dövrü çox qısa olur, xәstә tez bir  zamanda xәstәxanadan evә yazılır vә gündәlik hәyatına davam edir.

• Cәrrahi müalicә ilә kombinasiya oluna bilәr.

• Bәzi xәstә qruplarında alternativi olmayan tәk müalicә üsuludur.

• Ehtiyac olduqda  tәkrar tətbiqi mümkündür. 

Qeyd edəkki, Avrasiya Hospitalın İnvaziv Radiologiya şöbəsi 7/24 xidmət göstərir.

Avrasiya Hospitalın İnvaziv radiologiya şöbəsində beyin damar patalogiyalarının cərrahi kəsiksiz, invaziv üsullarla effektiv və pasient üçün ən az travmatik müalicəsi həyata keçirilir.

İnvaziv radiologiya şöbəsində aparılan əməliyyatlar:

• Beyin anevrizmalarının invaziv yolla müalicəsi (coil embolizasiyası).

• Beyindaxili arterio-venoz malformasiyaların (AVM) endovaskulyar müalicəsi (embolizasiya).

• İşemik insult zamanı erkən dövrdə (ilk 6-8 saatda) invaziv yolla tıxanmış damarın açılması (trombolizis, endovaskulyar tromb və ya tıxanmaya səbəb olan ateromanın çıxarılması.

• Kəlladaxili və ya kəlləxarici (yuxu arteriyası) beyin damar daralmalarının stenoz (ballon) angioplastikası və stent ilə açılması.

• İntra/ekstrakranial AVF embolizasiyası.

• İntra/ekstrakranial şişlərin əməliyyat öncəsi embolizasiyası.