• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az
  • Ümumi məlumat
  • Xidmətlər
  • Həkimlər

Terapevtik kardiologiya:

Ürək-damar xəstəliklərinin aktual olduğu bir dövrdə yaşayırıq. Hər gün yüzlərlə insan təəssüf ki, ürək-damar problemləri səbəbi ilə vaxtında düzgün müayinə və müalicə olunmadığı üçün həyatını itirir.  Genetik faktorlar, siqaret çəkmək, qeyri-sağlam qidalanma, piylənmə, şəkər xəstəliyi, hipertenziya (yüksək qan təzyiqi), yüksək xolesterol və buna bənzər problemlər ürək-damar xəstəliklərinə səbəb olur.

Müassir tibbin bütün  tələbatlarına cavab verən   Avrasiya Hospitalın   Kardiologiya şöbəsində :

Miokard infarkt, koronar arteriya xəstəliyi, ürək çatışmamazlığı,ürək ritm pozğunluqları, ürək qapaq , periferik damar , aorta damar, anadangəlmə ürək xəstəliklərinin müayinə və müalicəsi aparılır. 

Kardiologiya şöbəmizdə aparılan müayinə və müalicə üsulları:

• EKQ -EXOKQ (Exokardioqrafiya)

• Fetal EXOKQ (dölün bətndaxili ürək-damar sisteminin müayinəsi)

• Tredmil-stress test

• Holter monitorizasiyası

• Koronar KT Angioqrafiyası

İnvaziv Kardiologiya:

• Ballon angioplastikası və stent implantasiyası

• Müvəqqəti və qalıcı kardiostimulyator taxılması

• Ritm pozğunluqlarında invaziv müalicə