• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az
  • Ümumi məlumat
  • Xidmətlər
  • Həkimlər

Laboratoriyalarımız ən müasir avadanlıqlarla və cihazlarla təchiz olunaraq çox qısa zamanda müxtəlif xəstəliklərin lazımi laboratoriya müayinələri üçün xidmət göstərməkdədir. Bütün təcili analizlər mümkün olduğu qədər qısa bir zamanda və düzgün formada hazırlanaraq cavablar standart və elektron formada (email ünvanı ilə) xəstəyə təqdim olunur.

Xüsusi təlim kursları keçmiş mütəxəssis həkim - laborantların çalışdığı laboratoriyalarımızda görülən işin keyfiyyətinə tam zəmanət verilir və gigiyenik şəraitə ciddi nəzarət edilərək laboratoriyalarda istifadə edilən bütün analizatorlar, reaktivlər, tibbi ləvazimatlar və s. inkişaf etmiş ölkələrdən sifariş olunur.Unutmayın ki, doğru diaqnozun təyini  xəstəliyinizin daha tez müddətdə qarşısının alınmasına əsas səbəbdir.

Laboratoriyalarımız 24 saat dayanmadan xidmət göstərməkdədir və burada biokimyəvi, mikrobioloji, seroloji, immunoloji, allerqoloji  , hepotoloji, endokrin analizləri, onko markerlər, dərman tənzimlənməsi tədqiqləri və tibbi patoloji analizlərin təyini həyata keçirilir.Klinikanın laboratoriya bölməsində qanın və sidiyin biokimyəvi göstəriciləri avtomat biokimyəvi analizatorunda təyin edilir.Avrasiya Hospitalın bütün sanitar normalara cavab verən laboratoriyalarında müasir müayinə avadanlıqları quraşdırılıb.