Endokrin sistem bədənimizin normal həyat fəaliyyətini tənzimləyən sistemlərdən biridir. Bədənimizdə olan endokrin vəzilər bu sistemin parçalarıdır. Endokrin vəzlər həm öz aralarında həm də digər orqan və sistemlər arasında tarazlığı tənzimləyirlər. Bu iş endokrin vəzlərdən qana ifraz olunan hormon adlandırdığımız maddələr hesabına baş verir. Endokrin sistemin normal işləməsi sayəsində biz etrafda olan hadisələrə adekvat emosiya verir, kədərli hadisələr zamanı qəmgin, sevincli hadisələr zamanı xoş əhval ruhiyyədə oluruq.
Avrasiya Hospitalda, endokrin sistem fiziologiyası və tiroid xəstəlikləri, şəkərli diabet, osteoporoz, piylənmə, böyrəküstü vəzin, hipofis və otoimmun xəstəliklərinin müayinəsi və müalicəsi, eyni zamanda son standartlara cavab verən dəqiq hormonal laborator müayinələr həyata keçirilir.