• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Dr. Arzu Cəfərova

Dr. Arzu Cəfərova
Radioloq (USM)

HAQQINDA - TƏHSİL

Dr.Arzu Cəfərova 1981-ci ildə Salyan şəhərində anadan olmuşdur. Salyan şəhəri 1 nömrəli orta məktəbi bitirdikdən dərhal sonra 2000 – ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş, 2005 – ci ildə isə Universitetdən məzun olaraq Xüsusi Fərqlənmə Diplomu ilə Ali təhsilini bitirmişdir. 2010 – cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) “Şüa Diaqnostika” sahəsi üzrə özəl təkmilləşmə təhsili alaraq ixtisasına uyğun yüksək nailiyyət əldə etmişdir.

TƏCRÜBƏ

Dr.Arzu Cəfərova 2005 – 2006 cı illərdə “Elmi – Tədqiqat Mama Ginekologiya İnstitutunda” Ginekoloji USM üzrə İnternatura keçmişdir. 2007 – 2012 ci illərdə “Salyan Rayon Mərkəzi Xəstəxanasında”, daha sonra isə “Aristokrat Tibb Mərkəzində” Həkim Radioloq olaraq fəaliyyətini davam etdirmişdir. 
2012 – 2015 illər ərzində Türkiyənin Ankara şəhərində “Hacettepe Universiteti” və İstanbul şəhəri “Şişli Etfal Eğitim ve Araştırma” Xəstəxanasında Radiologiya sahəsi üzrə çalışaraq Mütəxəssis dərəcəsinədək yüksəlmişdir. 2015-ci ildən indiyədək Radiologiya, USM və DOPPLER müayinələri üzrə öz peşəkar təcrübəsini Avrasiya Hospitalda həyata keçirməkdədir.

KONFRANS VƏ SİMPOZİUMLAR

Dr.Arzu Cəfərova 2015 – ci ildə Azərbaycanda təşkil edilən “VİSUS Course” iştirakçısı olmuşdur. 2016 – cı ilin May ayında Polşanın Krakov şəhərində Beynəlxalq səviyyədə keçirilən “FETAL Cardio Cracow” adlı Konqresə özəl nümayəndə olaraq qatılmışdır.
2016-cı ilin Sentyabrında İtaliyanın paytaxtı Roma şəhərində “Dünya üzrə Mamalıq və Ginekologiya ultrasəs müayinələri Beynəlxalq Cəmiyyəti” tərəfindən düzənlənən “26-cı Dünya Konqresində” Azərbaycandan xüsusi dəvətli olaraq iştirak etmişdir.

ÖZƏL GÖRDÜYÜ İŞLƏR

Böyüklərdə və Uşaqlarda 3 D və 4D texnologiyaları USM VƏ RƏNGLİ DOPPLER müayinələri -- Süd vəzi, Qalxanabənzər vəz (Tiroid) – Zob, Elastoqrafiya, Hamiləlik Doppler (dölün EXO kardioqramması, görüntülü şəkillər və görüntülü video disk), Abdominal (qarın boşluğu orqanları – qaraciyər, öd kisəsi, mədəaltı vəz, dalaq, qarınarxası sahə, damarlar), Uroloji (Sidik kisəsi, Sidik axarı, Böyrəklər), Ginekoloji (Transvaginal və Transabdominal), Uşaqlarda qalça çıxığı, Neyrosonoqrafiya, Follikulometriya, Boynun tam müayinəsi, Limfa vəziləri, Aşağı və yuxarı ətraflar (Ayaqlar), Karotid (Yuxu) arteriyaları, Dərialtı piy toxumaları, Çanaq üzvləri, Diz oynağı, Əl-Bilək-Falanqa, Daban, Dirsək və s.
 
 
 
 
 
 
 
 
 
 
 
 


2703