• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Şəkərli diabet xəstələri nə ücün yüksək şəkərlərlə yaşayırlar?

Şəkərli diabet xəstələri nə ücün yüksək şəkərlərlə yaşayırlar? Əksər hallarda pasientlər həkimə yüksək rəqəmli şəkərlərlə (10-20-30 mmol/l) müraciət edirlər. Bu postda ən geniş yayılmış səhflər barədə yazmağa çalişacam. 
1. Həkimə müraciət edilib, dərmanlar yazılıb, lakin şəkər normaya düşməyib, ancaq həkimlə əlaqə saxlanılmayıb. Burada ən əsas məsələ dozanın düzgün seçilməsidir. Bunun üçün isə dərman qəbulu ilə yanaşı periodik həkimə məlumat verilməlidir ki, lazım gəlsə dozalar dəyişdirilsin. 
2. Hər bir pasientə yanaşma individualdır. Kiməsə bir preparat, kiməsə iki və daha cox, digərinə isə insulin lazım ola bilər. Hər bir halda lazımi kurs seçilməlidir həkim tərəfindən. Qonşudan-qonşuya, qohumdan-qohuma reseptlərin verilməsi yolverilməzdir.

3. Pasient gözləmək istəmir... Biz qanda şəkəri kəskin aşağı sala bilmərik, bu sağlamlığa çox zərərlidir. Ona görə də siz həkimə gələndə maksimal dozalar təyin edilmir. Əksinə aşağı dozalar yazılır və lazım gələndə bu dozalar sonradan artırılır. 
4. Xəstə yüksək şəkərlərə öyrəşib, hətta məni hec nə narahat etmir, bu mənim ücün yaxşıdır sözünü bayraq edib, həkimə getməkdən boyun qacırır.Yalnız 10 ildən sonra şəkərli diabetin fəsadları (görmənin pozulması, ayaqlarda agrılar, infarkt, insult və s.) yarandıqdan sonra, qanda şəkərini nizamlamaq qərarını verir. 
5.Cörək vahidi sistemini bilməyən şəkərli diabet 1 tip xəstələr, insulini gündə 4-5 dəfə vurmaqla, şəkərlərini tənzimləməyə calışırlar. Lakin çörək vahidi sistemini bilmədən, bu mümkünsüzdür. 
6. Düzgün dərman qəbulu və qidalanma qaydalarına riayət etməmək.

PS. Səbəblər çoxdur... Saymaqla bitməz. Çıxalmaz vəziyyətlər yoxdur, hər bir halda uyğun müalicə sxemini seçmək və qanda şəkərləri normaya salmaq mümkündür. Sizin sağlamlığınız və keyfiyyətli yaşamağınız yalnız öz əlinizdədir..



Dr. Arzu Əyyubova

Endokrinoloq


1868