• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

EEQ müayinəsi

Tibb üzrə Fəlsəfə Doktoru
Dr. Könül Hacıyeva 
Nevroloq 

EEQ-müayinəsi beynimizin yaydığı biopotensialların kompyuterin köməyi ilə qeydə alınmasıdır.Müayinə zamanı orqanizmə elektrik və şüa təsiri olmur.Bu səbəbdən də insan sağlamlığına heç bir mənfi təsiri yoxdur. Baş ağrıları,baş dönməsi,yuxu və yaddaş pozğunluqları, demensiyalarda, psixiatrik dəyərləndirmədə, koma,metabolik pozğunluqlarda,meningit və ensefalit kimi beynin infeksion xəstəliklərində, beynin yaşa uyğun olaraq formalaşmasını müəyyən etmekde,kəkələmə,enurez xəstəliyində EEG çəkilir. 
Xüsusilə epilepsiya xəstəliyinin aşkarlanması, növlərinin müəyyənləşdirilməsi və müalicə üsulunun seçilməsində mühum rolu var. .
Nevroloji xəstəliklərin düzgün diaqnoztikası və effektli müalicəsi.
-Müalicəyə çətin tabe olan müxtəlif növ başağrıları (miqren,klaster,gərginlik,xroniki başağrıları)
-Başgicəllənmələr;
-Boyun ağrıları,osteoxandroz;
-Əsəbilik,nevroz,depressiya,panik atak;
-Səbəbsiz halsızlıq, tez yorulma,ətraflarda keylik hissi, digər hissi pozulmalar;
-Əzələ qüvvəsinin azalması;
-Yerişin dəyişməsi, müvazinət pozğunluğu;
-Ətraflarda qeyri-ixtiyari hərəkətlər,tiklər;
əsmələr;
-Serebrovaskulyar xəstəliklər,insult;
-Müxtəlif növ onurğa problemləri;
-Bel ağrıları;
-Huşun itməsi və qıcolmalar;
-Epilepsiya;
-Yaddaş pozulmaları,demensiya;
-Yuxu pozulmaları;
-Parkinson;
-Ensefalopatiyalar;
-Hiperhidroz,əllərdə tərləmə.

(050)465 00 66
(055)200 15 72
(050)882 14 36


5322