• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az
  • Ümumi məlumat
  • Xidmətlər
  • Həkimlər

Bakı Flebologiya Mərkəzi 7 ildən artıqdır ki, venoz və arterial patologiyaların diaqnostika-müalicəsi ilə məşğuldur. Biz hər zaman göstərdiyimiz xidmətin keyfiyyətini yüksəltməyə və inkişaf etməyə çalışırıq. Klinikamızın həkimləri daim öz biliklərini təkmilləşdirmək və yeni texnologiyaları mənimsəməklə ön sıralarda qalmağa çalışırlar. İstifadə etdiyimiz tibbi aparat və avadanlıqların müasirliyi, sterilliyi müalicənin uğuruna zəmanətdir.

Klinikamızda varikoz xəstəliyinin bütün müasir müalicə üsulları həyata keçirilir:
- Skleroterapiya (iynə üsulu);
- Kriolazerkrioskleroterapiya (CLaCS);
- Endovenoz Lazer Ablasiya (EVLA);
- Radiofrekans (radiotezlikli ablasiya);
- ClariVein;
- Miniflebektomiya.
 
Ayaqlarınızın gözəllik və sağlamlığını geri qaytarmaq istəyirsinizsə, o zaman Bakı Flebologiya Mərkəzinə müraciət edin.