• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Respublika üzrə tanınmış Ginekoloq Cərrah Professor İslam Mahalov artıq Avrasiya Hospitalda!

Azərbaycan səhiyyəsinin Mamalıq - Ginekologiya bölümü üzrə inkişafında yüksək xidmətləri olan növbəti tanınmış, Respublika üzrə məşhurluq qazanan Professor Cərrah Dr.İslam Mahalovu Avrasiya Hospital sizlərin xidmətinə təqdim edir.

Prof.İslam Mahalov 2001-2002 ci illərdə Almaniyada Benjamin Franklin adına Berlin Azad Universitetinin xəstəxanasında dissertasiya mövzusu üzrə elmi-praktiki təkmilləşmə proqramı və Laparoskopik ginekoloji cərrahiyyə üzrə təkmilləşmə kursu, eyni zamanda Almaniyada Martin Lüter xəstəxanasının mamalıq- ginekologiya klinikasında operativ ginekologiya üzrə təkmilləşmə kursu keçmişdir. 2004 -cü ildə  „ Aşağı sidik yolları simptomları olan qadınlarda çanaq dibinin vəziyyətinin öyrənilməsi“ mövzusunda namizədlik dissertasiyasının müdafiəsini etmişdir.

2004 – 2008 ci illərdə Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının assistenti və 2008 - ci  ildən Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının dosenti vəzifələrində çalışmışdır. 30-dan çox elmi məqələlərin müəllifidir. Hal hazırda Avrasiya Hospitalın mütəxəssis komandasının üzvü olaraq fəaliyyət göstərməkdədir.

Prof.İslam Mahalovun qəbuluna yazılmaq üçün,

Əlaqə: 1116
Mobil və Whatsapp:(+99455) 979-01-01
Facebook: www.fb.com/hospital.avrasiya
Instagram: @avrasiya_hospital
www.avrasiya.az
Ünvan: Nəsimi ray., Ak.Həsən Əliyev 15


20641