• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Hepatit A

Hepatit A bütün dünyada yayılan qara ciyərin virus xəstəliyidir
Xəstəliyə yoluxma çirklənmiş qida və ərzaq məhsulları ilə olur.Xəstə ilə kontaktda olan onunla eyni qabdan, tualetdən istifadə etdikdə bilavasitə yoluxa bilər.
Hepatit A-kəskin olaraq yüksək hərarət ilə başlayır,bu da 4-10 gün çəkir.Xəstədə ümumi zəiflik,halsızlıq,iştahanın itməsi,ürəkbulanma,qusma,əzələlərdə ağrı qeyd olunur.Daha sonra əzələ prosesə cəlb olunur,sidik tündləşir.1-2 gün sonra dəri və gözlərin içi saralır,nəcis rəngsiz olur.Bu zaman hərarət və ürəkbulanma olmur.Xəstədə ümumi qaşınma və qarında ağrı ola bilər.Bəzi adamlarda,xüsusilə də hepatit A simptomsuz keçir.Hepatit A qara ciyərə uzun müddətli zədələyici təsir etmir, lakin nadir hallarda qara ciyər çatmamazlığı komaya və ölümə səbəb ola bilər.Belə xəstələrin əksəriyyəti tam müalicə olunurlar.Bu xəstəliyi keçirənlərdə davamlı ömürlük immunitet yaranır.


1682