• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Sizin də körpənizin üzündə "ağımtıl" ləkələr əmələ gəlib?

Sizin də körpənizin üzündə "ağımtıl" ləkələr əmələ gəlib?

Bu ləkələrin səbəblərindən biri Ağ Dəmrov ola bilər (Pityriasis Alba), hansı ki, yoluxucu xəstəlik deyil və insandan insana nə birbaşa, nə də məişət ləvazimatı ilə keçmir. 
Ağ Dəmrov, əsasən uşaqlarda və gənclərdə rast gəlinən bir dəri pozuqluğudur. Ağ Dəmrov olan uşaqlarda bir neçə və ya tək hipopiqmentli ləkələr olur. Bu sahələr düzənsiz və quru olur. Ləkələr adətən yanaqlarda müşahidə edilir, lakin bəzən əllərdə, boyunda, bədəndə də görünə bilər. Bu ləkələr bir neçə həftə ərzində görünə bilər, bundan sonra bir neçə ay ərzində tamamilə yox olmağa başlayırlar. Yay aylarında dərinin səthi birbaşa günəş işığının təsiri altında qaraldıqda onlar daha çox nəzərə çarpırlar.
Ağ Dəmrov necə müalicə olunur?
Ağ Dəmrov heç bir müalicə tələb etmir. Bir çox hallarda nəmləndiricilərdən istifadə etmək kifayətdir. Bəzən həkimlər qeyri-steroid və steroid kremləri təyin edə bilərlər. Kremlər, rəngsiz ləkə sahələrinin yox olmasına kömək edir və Ağ Dəmrov səbəbindən meydana gələn dəri quruluğu və qabıqlanmasının qarşısını alır. Ağ Dəmrov bir neçə dəfə təkrarlanan xəstəlikdir və ləkələr yox olsa belə, gələcəkdə yenidən yarana bilərlər. Əksər hallarda, yetkinlik yaşından sonra müşahidə edilmir.
PS. Öz-özünü müalicə ilə məşğul olmayın, həkimə müraciət edin! Həkim differensial diagnostika keçirməlidir…

Uşaqlarımız gələcəyimizdir və onları əmanət edəcəyimiz həkimi doğru seçməliyik. Həftə içi hər gün 9:00-dan 17:00-a qədər Pediatr Dr. Tərlan Əyyubov öz balaca pasientlərini qəbul edir..
.


3056