Terapevtik kardiologiya:
Ürək-damar xəstəliklərinin aktual olduğu bir dövrdə yaşayırıq. Hər gün yüzlərlə insan təəssüf ki, ürək-damar problemləri səbəbi ilə vaxtında düzgün müayinə və müalicə olunmadığı üçün həyatını itirir. Genetik faktorlar, siqaret çəkmək, qeyri-sağlam qidalanma, piylənmə, şəkər xəstəliyi, hipertenziya (yüksək qan təzyiqi), yüksək xolesterol və buna bənzər problemlər ürək-damar xəstəliklərinə səbəb olur.
Müassir tibbin bütün tələbatlarına cavab verən Avrasiya Hospitalın Kardiologiya şöbəsində :
Miokard infarkt, koronar arteriya xəstəliyi, ürək çatışmamazlığı,ürək ritm pozğunluqları, ürək qapaq , periferik damar , aorta damar, anadangəlmə ürək xəstəliklərinin müayinə və müalicəsi aparılır.
Kardiologiya şöbəmizdə aparılan müayinə və müalicə üsulları:
• EKQ -EXOKQ (Exokardioqrafiya)
• Fetal EXOKQ (dölün bətndaxili ürək-damar sisteminin müayinəsi)
• Tredmil-stress test
• Holter monitorizasiyası
• Koronar KT Angioqrafiyası
İnvaziv Kardiologiya:
• Ballon angioplastikası və stent implantasiyası
• Müvəqqəti və qalıcı kardiostimulyator taxılması
• Ritm pozğunluqlarında invaziv müalicə