Sağlam nəsil yetişdirmək üçün övladlarımızın sağlamlığına məsuliyyətlə yanaşmalıyıq. Körpə və yeniyetmə psixologiyasının qayğısına qalaraq çalışan Pediatriya bölümümüz övladınızın doğulduğu gündən yeniyetmə (0-15 yaş) dövrünə qədər labüd olan bütün müayinə, təqib və müalicələri həyata keçirir.
Müalicə edilən xəstəliklər:
• Bətndaxili infeksiya ilə doğulan uşaqlar (CMV, herpes, toksoplazmoz, xlamidioz, vərəm, hepatit və s.)
• Sepsis
• Yeni doğulmuşun hemorragik pozğunluqları, hemolitik xəstəliyi, anemiyası
• Endokrin pozğunluğu olan anadan doğulan uşaqlar
• Ağciyər xəstəlikləri
• Ürək – damar sisteminin xəstəlikləri
• Mədə- bağırsaq sisteminin xəstəlikləri
• Böyrək və sidik çıxarıcı sistemin xəstəlikləri
• Mərkəzi sinir sistemi xəstəlikləri
• Ekstremal az çəkili doğulan uşaqlara intensiv terapiya və qulluq