Qastroenterologiya mədə-bağırsaq sistemi ilə bağlı (qida borusu, mədə, on iki barmaq bağırsaq, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, nazik və yoğun bağırsaq) diaqnostika, müalicə və profilaktikası ilə məşğuldur. Hal-hazırki dövrdə xroniki qastrit, pankreatit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, qastroezofagial reflyuks, xroniki kolit, xroniki virus hepatitlərinin geniş yayılması qastroenterologiyanı tibbin ən vacib sahələrindən biri etmişdir.
Qastroenterologiya şöbəmizdə ümumi xidmətlərlə yanaşı:
• Diaqnostik ERCP
• Ümumi öd axarından (xoledoxdan) balon/səbətlə daşın çıxarılması
• Endoskopik üsulla öd yollarındaki darlıqların aradan qaldırılması (biliar dilatasiya)
• Endoskopik üsulla öd yollarına endoprotezlərin yerləşdirilməsi
• Mexaniki üsulla böyük ölçülü daşların parçalanması (litotripsiya)
• Nazobiliar/pankreatik drenajın yerləşdirilməsi
• Biliar fırça biopsiyası
kimi müassir müayinə və müalicə üsulları tətbiq olunur.