Təcili tibbi yardım xidməti hospitalımızda 7/24 fəaliyyətdədir. Şəhərimizin istənilən yerindən ən qısa müddət ərzində bütün avadanlıqla təchiz olunmuş təcili tibbi yardım maşınları ilə pasientin hospitala çatdırılması mümkündür. Multidisipliner xidmət verən təcili tibbi yardım bölümündə ehtiyac olduğu hallarda bütün bölümlərimizdən uzman həkimlərimiz də ən qısa müddət ərzində işə cəlb olunur. Ağır durumlarda olan xəstələrə lazımi tibbi müdaxilələr göstərilir və müdaxilə sonrası ehtiyac olarsa xəstənin hospitalda qalıb müalicəsi davam etdirilir.
Biokimyəvi, mikrobioloji və radiologiya bölümlərinin 724 fəaliyyətdə olması təcili tibbi yardıma gələn pasientin anında gərəkən müayinələrdən keçməsini təmin edir.
Ən son texnoloji avadanlıqlarla təhciz olunmuş təcili tibbi yardım şöbəmizdə pasientin vaxt itirmədən lazımi tibbi müayinələrdən keçməsini və yerindəcə gərəkən müdaxilələrin edilməsini təmin edir.
Uzman radioloqların dəstəyi ilə birlikdə MRT, KT, ultrasəs müayinələri 7/24 aparılır.
24 saat təcili tibbi yardım maşını ilə xəstələr sürətli və güvənli bir şəkildə transfer edilə bilir.