Bu tibbi faktlar haqqında məlumatınız varmı? Çox maraqlıdır!
Tibb elmi çox qədim və həssas elmdir. Axı insan bədəni özündə bir sıra sirləri gizlədir. Bu səbəbdən tibb öz mülahizələrində orta statistikanı götürür.
İnsan orqanizmi dəyişkən, plastik olduğundan qəbul olunmuş standartdan tam fərqli faktlara da rast gəlmək mümkündür.
1. Ən yüksək bədən temperaturu 1980-ci ildə ABŞ-ın Corciya ştatında Uill Cons adlı pasientdə qeydə alınıb. Xəstəxanaya daxil olarkən tempraturu 46.5 C-olub. Pasient 24 gündən sonra evə yazılıb.
2. Ən aşağı bədən tempraturu 23 fevral 1994-cü ildə Kanadada yaşayan 2 yaşlı Karl Kozolovskidə qeydə alınıb. Təsadüfən evlərinin qapısı bağlanıb və uşaq - 24C soyuq havada 6 saat qalmalı olub. Onun bədən temraturu 14.2C-yə enib.
3. Müxtəlif əşyaları udma vərdişindən əziyyət çəkən 42 yaşlı bir qadının mədəsində 2533 yad cisim və 947 ədəd ingilis sancağı aşkar edilib. Buna baxmayaraq qadın qarın nahiyəsində çox da güclü olmayan ağrıdan şikayət edirmiş.
4. İnsanın mədəsindən xaric edilmiş ən ağır yad maddə 2.35 kg çəkili tük topası olub. Bu xəstəlik "bezoar" adlanır.
5. Ən çox tabletka qəbul edən Zimbabvedən olan Kilner adlı şəxs olub. O, 21 illik müalicə müddətində 565 939 həb qəbul edib.