• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Uşaqların sağlamlığı üçün önəmli olan qidalar və faydaları!

1. Şirin kartof: Bu sağlam və ləzzətli tərəvəz kalium, C vitamini, lif, folat, A vitamini, kalsium və dəmir ehtiva edir. 

2. Brokoli: liflə dolu olan brokoli inkişaf etməkdə olan uşaqlar üçün ən yaxşı qidalardandır. Brokoli, eyni zamanda, vitamin və minerallarla zəngindir. Uşağınızın görməsinə və hüceyrə zədələnməsindən qorunmasına kömək edir. Brokolini çiy yeməklə uşaq, inkişafı üçün zəruri olan bütün maddələri qazanır.

3. Tam taxıllar: Çörək, kraker və yulaf kimi tam taxıllı yeməkləri uşaqlar sevirlər. Bu qidalar folik turşu, sink, dəmir və B vitamini baxımından zəngindir. Bundan əlavə, bəziləri D vitamini və kalsium ilə də zənginləşdirilmişdir. Ürək xəstəliklərinə qarşı profilaktik tədbir olaraq indidən uşaqlarınıza tam taxıllı yeməkləri verməyə başlayın.

4. Pendir: Uşaqlar üçün əla bir qidadır, çünki uşaqlar pendiri çox sevirlər. Kalsium, zülal və B12 vitamini baxımından zəngin olan pendir sümük meydana gəlməsində çox əhəmiyyətli bir mineral olan fosfor ehtiva edir. Digər tərəfdən, araşdırmalar zamanı müəyyən edilmişdir ki, yeməklərdən sonra pendir yemək dişlərin çürüməsinin qarşısını alır.Uşaqlarınıza pendirli sendviç hazırlaya bilər, pendiri sağlam bir şorba ya da salatın içərisinə qata bilərsiniz.

5. Yoğurt: pendir kimi yoğurtu da uşaqlarınıza sevərək yedirə bilərsiniz. Yoğurt kalsium, zülal, karbohidrat, B vitamini, sink və fosfor ilə zəngindir. Bütün təbii yoğurtlara təzə meyvə qataraq, daha çox qida dəyəri əldə edə bilərsiniz. Az yağlı qatığa şokoladlı cips və ya yulaf qarışığı əlavə edə bilərsiniz. Uşaqlarınız üçün başqa bir alternativ olaraq, qatığı meyvə şirəsi qataraq soyuducuda dondurub dondurma edə bilərsiniz.


5311