Xəstəliyinizin doğru diaqnozunu Avrasiya Hospitalın peşəkar USM həkimlərinə etibar edin!
USM ultradalğalı şüaların köməyi ilə həyata keçirilən tibbi müayinə növüdür.USM təhlükəsiz müayinə metodu sayılır və bu səbəbdən çox geniş istifadə olunur və onun vasitəsilə bu kimi orqan və sistemləri müayinə etmək mümkündür:
- qalxanvari vəzi, - qara ciyər, - öd və öd yolları, - mədəaltı vəzi, - böyrəklər və böyrəküstü vəzilər, - sidik kisəsi, - ürək, - limfatik düyünlər, - süd vəziləri, - prostat vəzi, - uşaqlıq, yumurtalıqlar, - hamiləliyin monitorinqi. Hamiləliyin əvvəlində müayinə intravaginal (uşaqlıq yolundan) üsulu ilə, daha sonra isə abdominal (qarın boşluğu divarından) üsulu ilə keçirilir.Körpələrdə USM vasitəsilə açıq əmgəkdən beyini müayinə etmək mümkündür.
Həkimlərimizin bildirdiyinə görə USM-nin növündən asılı olaraq pasient bəzi hallarda müayinəyə hazırlaşmalı olur. Belə ki:
- öd, öd yolları və mədəaltı vəzi müayinə olunduqda, pasientə müayinədən 3 gün əvvəl köp əmələ gətirən məhsullardan (süd, noxud, lobya, qara çörək, təzə tərəvəz) imtina etməli, müayinədən 1 gün əvvəl gündə 3 dəfə espumizan qəbul etməli və müayinəyə ac qarına gəlməlidir.
- kiçik çanaq orqanları (uşaqlıq, yumurtalıqlar, prostat vəzi) və sidik kisəsi müayinə olunduqda pasient müayinədən 1 saat əvvəl 1 litr ilıq su içməli və tualetə getməməlidir. Qadınlarda uşaqlıq və yumurtalıqların vəziyyəti intravaginal üsulu ilə (uşaqlıq yolundan) müayinə oluna bilər. Bu halda sidik kisəsi dolu olmamalıdır. Əksinə olaraq müayinədən əvvəl qadın sidik kisəsini boşaltmalıdır.
- süd vəziləri müayinə olunduqda qadın müayinəyə menstrual dövrünün 7-ci-10-cu günləri getməlidir (postmenopauza dövründə olan qadın istənilən gün müayinə oluna bilər).
- prostat vəzi müayinə olunduqda pasientin düz bağırsağı boşaldılmalıdır. Doğru seçim etmək üçün,
Əlaqə: 1116
Mobil və Whatsapp: (+994) 55 979-01-01