5 suala cavab verməklə ürəyinizin sağlamlığını müəyyənləşdirin!
Ürək-damar sistemi xəstəlikləri getdikcə cavanlaşır və əvvəllər əksər hallarda 50-60 yaşlarda inkişaf edən xəstəliklər, indi 30-40 yaşlı insanlarda inkişaf edir və çox ağır pozulmalara səbəb olur.Beləliklə, ürəyinizin sağlamlığını yoxlamaq istəyirsinizsə, kardioloq həkimlərimizin təqdim etdiyi suallara cavab verin.
1. Ürək nahiyəsində ağrı və xoşagəlməz hisslər (sıxılma, arabir sancma) sizi vaxtaşırı olaraq (xüsusilə fiziki aktivlik, həyacan zamanı) narahat edirmi?
2. Orta templə dayanmayaraq yaşadığınız binanın 3-cü-4-cü mərtəbəsinə qalxın. Siz dayanmağa və dincəlməyə məcbur oldunuzmu, sizdə təngnəfəslik əmələ gəldimi?
3. Belə hal sizə tanışdırmı - ürəyiniz gah tez-tez döyünür, çırpınır, gah da sanki dayanır?
4. Qollarda, döş nahiyəsində, aşağı çənədə bəzən keyimə hiss edirsinizmi?
5. Əllərinizdə və ayaqlarınızda şişkinlik olurmu?
Əgər sualların əksər hissəsinə "hə" cavabı vermisinizsə, bu sizdə ürək fəaliyyətinin pozulmasından xəbər verə bilər. Vaxt itirmədən Avrasiya Hospitalın Kardiologiya şöbəsində müayinədən keçin.
Əlaqə: 1116
Mobil və Whatsapp: (+994) 55 979-01-01