• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Mesoestetic preparatları və ZENTOX şirkətinin BOTOX preparatı üzrə Azərbaycanda yeganə rəsmi trener Kosmetoloq Dermatoloq Nigar Rəsulovadan faydalı bilgilər!

Üz nahiyəsi daxil olmaqla insanın bütün bədəni tüklərlə örtülmüşdür.Tük folikul soğanağının yanında dəri piyi ifraz edən piy vəzisi yerləşir.Piy vəzisi dərini qurumaq və çatlamaqdan qorumaq üçün tük folikulu vasitəsi ilə dərinin səthinə piy xaric edir.Dəri nə qədər çox piy ifraz edirsə,onun səthində sızanaqların əmələ gəlmə ehtimalı da o qədər artıq olur.Yağlı dərisi olan insanlarda sızanaqlar daha tez-tez,dərisi quru olanlarda isə demək olar,rast gəlinmir.Qadınların üz,çənə,bel və sinə-döş nahiyəsində çoxlu sayda kiçik tükcüklər (tük folikulları)mövcuddur.Sızanaqlar məhz bu sahələrdə yaranır.Akne- tük folikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşmasıdır.Nigar xanımın verdiyi məlumata əsasən aknelər müxtəlif olur.Folikullar açıq olduqda tıxaclar üz dərisində qara nöqtə kimi görünür və açıq kamedonlar adlanır.Kamedonlar bağlı da olur (dəri səthi ilə əlaqəsi olmur).Belə kamedonlar ağ civzələr (ağ nöqtələr və ya miliumlar) adlanır.Bu zaman dəri piyi ifraz olunsa da, onun axarı bağlı olduğu üçün piy dərinin səthinə çıxa bilmir və kiçik hündürlük (təpəcik)– piy şişi (“jirovik”) əmələ gəlir.Kamedon və ya dərialtı civzələr iltihablaşdıqda, yəni onlara mikroblar düşdükdə, üz dərisində irinli civzələr əmələ gəlir.Aknenin əmələ gəlmə səbəbləri- cinsi yetkinlik dövrü,hormonal problemlər, mikroblar tərəfindən törədilən iltihabi proseslər, daxili orqanların bəzi xəstəlikləri,streslər və s. səbəblərdən immunitetin zəifləməsi, qeyri-düzgün qidalanma (yağlı və şirin qidalardan artıq dərəcədə qəbul edilmə),dekorativ kosmetik vasitələrin bəzi növləri,irsiyyət və s. Nigar Rəsulovanın konsultasiyasına yazılmaq üçün,

Əlaqə: 1116

Mobil və Whatsapp: (+994)55 979-01-01


2023