Avrasiya Hospitalın Nevroloq həkimi Nuran Əmənullayev!
Nevroloq Nuran Əmənullayev bildirir ki,Alzheimer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən,dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir.Kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir.Risk faktorlarına yaş,cinsiyyət,irsilik,yaddaşın itirilməsi ilə nəticələnən kəllə-beyin travmaları,daun sindromu,hipotiroidizm və s. aiddir.Ən tipik əlamətləri yaddaş pozğunluqları ilə əlaqədardır.Bəzən gecə ilə gündüzü qarışdırır,hamıya yaxşı məlum olan tarixi günləri,ad günləri,özəl tarixi günləri unudur.Hətta danışarkən düzgün kəlmə tapmaqda da çətinlik çəkirlər.Xəstəliyin pik nöqtəsində isə xəstə hətta qapını açmağa,hər hansı bir əşyanı götürməyə, özü geyinib- soyunmağa çətinlik çəkir.Bu mərhələdə xəstələr 24 saat kontrol altında saxlanılmalıdırlar.Nevroloq bildirir ki,alzheimerli xəstələrin erkən diaqnozu qoyularsa onların xəstəliyinin sürətlənməsinin qarşısını almaq olar.Müalicə sonrası simptomlar tamamilə yox olsa da yenidən qayıtma riski də yüksəkdir.Kəllə travmaları olubsa,depresiyaya meyllidirsə,1 gündə birdən artıq işlə yüklənibsə bu insanlarda xəstəlik sürətlə irəliləyir.Təəssüf ki,bu xəstələrin 50%-nə dəqiq diaqnoz qoyulmadığından son ana qədər bu xəstəlik gizli qalır.Yaşlılıqla bağlı unutqanlığın yaranmasını zənn edən xəstələr diaqnoz qoyulmadığı üçün müalicə də ala bilmirlər.3 məsləhətə riayət olunmalıdır:"Beyni stresə salmamaq, şəkərdən uzaq durmaq və idmanla məşğul olmaq".Dr.Nuran Əmənullayevin qəbuluna yazılmaq istəyənlər,
Əlaqə: 1116
Mobil və Whatsapp: (+994)55 979-01-01