Gözünüz tez-tez qaşınır?
Gün ərzində gözləriniz toz və çirkin təsiri ilə qaşına bilər. Ancaq bu, hər gün təkrarlanır və intensiv xarakter alırsa, dərhal oftalmoloqa müraciət etmək lazımdır.Həkimlərimiz gözlərdə qaşınmanı təhlükəli göz xəstəliyinin ilk əlaməti hesab edirlər. Məsələn, eynəkdən istifadə etməyinizə baxmayaraq, ətrafı bulanıq görürsünüzsə və tez-tez gözləriniz qaşınırsa, deməli, keratokonus xəstəliyi ehtimalı üzərində düşünməyə dəyər. Həmin xəstəlik, adətən, özünü 15-25 yaşlarında olan gənclərdə büruzə verir.Xəstələrin şikayətləri işıqdan qorxma və görmənin ikiləşməsindən olur adətən.Keratokonus - gözün ön şəffaf təbəqəsinin yəni Korneanın artan incəlmə və qabarması ilə müşahidə edilən xəstəliyidir.Gözlərinizdə qızartı, sulanma varsa, ilk tibbi yardım kimi, soyuq su ilə və ya qara çayla kompres edin.Daha sonra mütləq həkimə müraciət etməlisiniz.Avrasiya Hospitalın Oftalmologiya şöbəsi,
Əlaqə: 1116
Mobil və Whatsap: (+994)55 979-01-01