EKQ Nədir və Elektrokardioqrammaya göstərişlər!
Elektrokardioqramma – ürəyin bioelektrik aktivliyinin müayinə üsuludur. Həm yaşlı insanlarda, həm uşaqlarda kardioloji diaqnostikanın ən yayılmış və ayrılmaz metodudur.Ritm və keçiriciliyin pozulmalarında, mədə və ürək qulaqcıqlarının hipertrofiyasında, ürəyin işemik xəstəliklərində, miokard infarktında və digər ürək xəstəliklərində elektrokardioqramma əvəzolunmaz diaqnostika üsuludur. Bu üsul ürək vurğularının sayı və ritmi haqqında ətraflı məlumat verir, ürək lazımi miqdarda oksigen almadıqda əmələ gələn pozulmaları qeydə alır. Ola bilsin ki, urək patologiyası fiziki iş zamanı yaranır, buna görə də, EKQ prosedürü xəstələrdə sakitlik,ehtiyac olduqda isə fiziki iş zamanı keçirilir.Profilaktika üçün hər bir insana müntəzəm olaraq EKQ olunması vacibdir.
Elektrokardioqrammaya göstərişlər:
- İstənilən ürək xəstəlikləri (aritmiyalar, ürək çatmamazlığı, ürək qüsurları, infarkt və s.)
- 40 yaşdan sonra ildə 1 dəfə
- Siqaret çəkmə
- Hiperxolesterinemiya (qanda xolesterinin yüksəlməsi)
- Hamiləlik
- istənilən cərrahi müdaxilədən əvvəl
Avrasiya Hospital, Kardiologiya şöbəsi
Əlaqə: 1116
Mobil və Whatsapp: (+99455) 979 -01-01