• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Pediatr həkimlərimizdən uşaq qidalanması ilə bağlı önəmli göstərişlər!

Uşaqların qida rasionunda beyin inkişafını dəstəkləyən qidaların olması çox önəmlidir. Övladını daha sağlam yetişdirmək istəyən valideynlər üçün beyin inkişafını dəstəkləyən 8 qidanı təqdim edirik: 
Yumurtauşaqların diqqətini gücləndirir, zehnini açır. 
QatıqYağ beyin sağlamlığı üçün çox əhəmiyyətli qidadır. Qatığın içərisinə bir neçə parça tünd şokolad əlavə etsəniz, beyinə gedən qan axınını artıra bilərsiniz. Bu isə uşağın zehninin güclənməsinə səbəb olar. 
Yaşıl yarpaqlı bitkilərƏsl vitamin anbarı olan ispanaq, kələm uşağınızın daha sağlam olmasını təmin edirlər. Yumurtalı ispanaq və kələm salatı yeni beyin hüceyrələrinin böyüməsinə yaxşı təsir edir. 
BalıqYağlı balıq D vitamini qaynağıdır. Uşağınızın zehni inkişafını dəstəkləyir və yaddaşının güclənməsinə kömək edir. Xüsusilə də, somon, ton, sardina kimi balıq növləri bol miqdarda Omeqa-3 ehtiva edir. 
ƏtSüni maddə, boya və dadlandırıcı ehtiva etməyən ət yemək lazımdır. Yəni, kolbasa, sosis kimi qidalardan uzaq durmalısınız. 
ÇərəzlərZülal, yağ turşuları, vitamin və minerallar ilə dolu fındıq və digər çərəzlər uşağınızın sinir sistemini gücləndirməyə kömək edir. 
YulafZülal və lif baxımından zəngin olan yulaf ürək və beyin damarlarının sağlamlığını qoruyur. Tədqiqatlar qida rasionunda yulaf olan uşaqların yaddaşının daha güclü olduğunu ortaya çıxarıb. 
DarçınUşaqların qidalarını şəkər tozu əvəzinə darçınla dadlandırın. Unutmayın ki, ədviyyatlar beyin hüceyrələrini qorumaq vəzifəsini yerinə yetirirlər. 
Alma və gavalıUşağınız özünü halsız hiss edir və şirin qidalar yemək istəyirsə, ona alma və alça verin.


1653