• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

İrsi xəstəliklərin diaqnozunu analiz verərək müəyyən edin!

İrsi xəstəlik — Ana atadan uşağa "irsi" olaraq keçən xəstəliklərə verilən addır. İrsi xəstəliklərə yaxın qohum olan ana-atanın uşaqlarında digər uşaqlara nisbətlə daha çox şahid olunur.Karlıq, korluq, zehni zəiflik, şizofreniya, cinsi inkişafın, boyun ləngiməsi, skelet pozğunluqları, şəkərli diabet, hipertoniya xəstəliyi, bronxial astma, bir sıra allergik xəstəliklər,ateroskleroz, xora xəstəliyi, epilepsiya, böyrək patalogiyaları, sonsuzluq, keçəllik və s.xəstəliklərə də irsi meyllilik mövcuddur.İrsi xəstəliklərin başlıca səbəbi qohum nigahlar və tibbi müayinədən keçmədən evlənən cütlüklərdir. Çünki qan analizi nəticəsində irsi genetik xəstəlikləri olan gələcək valideyinlərin evlənməsi tibbi nöqteyi-nəzərdən yolverilməzdir.Xəstəyə həkim nəzarəti mütləq olmalıdır. Ailələrdə (kişi və qadında) xromosomların sayının çox və ya az olması əksər hallarda kobud inkişaf qüsuru kimi irsi anomaliyalara səbəb ola bilir. Bunları xromosom analizi ilə aşkara çıxarmaq mümkündür.

Bir çox insanlar tərkibindən, kimyəvi təsirindən xəbərsiz olduqları dərman preparatları qəbul edirlər. Bu maddələr orqanizmdə gedən fizioloji və bioloji prosesləri ləngidir və hüceyrə səviyyəsinən başlayaraq patologiya əmələ gəlir. Bu proseslərin son nəticəsi isə orqanizm balansının pozularaq irsi və irsi olmayan xəstəliklərə düçar olmasına şərait yaradır.Belə ki, İrsi xəstəliklərin diaqnozunu Avrasiya Hospitalda analiz verərək müəyyənləşdirin.

Əlaqə: 1116

Mobil və Whatsapp: (+99455) 979 -01-01



 



1967