Stresin infarkt yaratma səbəbi nədir?
Alimlər niyə xroniki stressin infarkta səbəb olduğuna aydınlıq gətiriblər. Məlum olub ki, stress orqanizmdə kəskin leykosit istehsalına səbəb olur, bu da öz növbəsində damar tıxanıqlığı ilə nəticələnir.
Həkimlər uzun müddətdir ki, xroniki stresin ürək-damar xəstəliklərinə səbəb olduğunu bilirdi, lakin belə təsirin mexanizmi sirr olaraq qalırdı. Stresin səbəb olduğu həddən artıq ağ qan hüceyrələri hasili qan damarlarının içəri divarlarında "tıxac" meydana gətirərək, qan dövranını yavaşladır və laxtalanma miqdarını artırır.Nəticədə güclü stres sümük iliyinin kök hüceyrələrini aktivləşdirərək, çoxlu miqdarda ağ qan hüceyrələri - leykosit hasilinə gətirib çıxarır.
Mütəxəssislər qeyd edir ki, stres infarkta səbəb ola biləcək faktorlardan yalnız biridir. Bunlar arasında həm də orqanizmdə yüksək xolesterin səviyyəsi, yüksək təzyiq, siqaret istifadəsi və bəzi genetik faktorlar da mühüm rol oynayır.