Xəstəlik və ölüm hallarının əsas səbəblərini bilirikmi?
Son 10 ildə ölkəmizdə qan dövranı sistemi xəstəliklərində 5%, tənəffüs üzvlərinin xəstəliklərində 11%, endokrin sistemi xəstəliklərində 2,5 dəfə, o cümlədən şəkərli diabetdə 3,7 dəfə, sinir sistemi xəstəliklərində 15%, bədxassəli yenitörəmələrdə isə 30% artım müşahidə olunmuşdur.
Qeyd olunan müddət ərzində dünya üzrə qeyri-infeksion xəstəliklərlə (QİX) xəstələnmə halları təxminən 14% artmşdır.Yaşı 18-dən yuxarı olan əhali arasında artıq çəki və piylənmə müvafiq olaraq çoxalmış və Piylənmədən kişilərə nisbətən daha çox qadınlar əziyyət çəkməkdədirlər.
Tədqiqatların nəticələrinə görə, Azərbaycanda əhalinin yalnız 6,4%-i məqsədli şəkildə idmanla məşğul olur və 40%-dən çox insan sağlam qidalanmanın əsas mənbəyi olan meyvə - tərəvəz məhsullarından gündəlik istifadə etmir.Yaşı 18-dən yuxarı olan şəxslər arasında hipertoniyanın (bütün mərhələləri daxil olmaqla) yayılması isə 39,4% təşkil etmişdir.