Hansı səbəbdən Allergiya olduğunuzu bilirsinizmi? Allergiyanı necə tanımalı?
Allergiya yunan dilində özgəyə münasibət mənasını bildirib, orqanizmin immun sisteminin hədsiz həssaslığı deməkdir. İlk dəfə 1906-cı ildə bu termini işlədən vyanalı pediatr Klement Fon Priket diqqət yetirib ki, onun pasientlərinin çoxundakı xəstəlik simptonlarını ətraf mühit allergenləri yaradır.Allergiyanın yaranma səbəbində irsiyyət və gigiyena normalarına ciddi riayət əsas rol oynayır.
Allergiyanı necə tanımalı?
1. Burunun selikli qişasının şişkinliyi (allergik rinit)
2. Konyuktiv nahiyəsində qızartı və ağrılar (allergik konyuktiv)
3. Bronxlarda spazm, fısıltılı tənəffüs və təngənəfəslik, bəzən də əsl astma tutmaları.
4. Qulaqlarda ağırlıq hissi, ağrı və eşitmə zəifliyi də ola bilər.
5. Dəridə müxtəlif səpkilər: ekzema, örə və kontakt dermatiti.
6. Allergiyanın bir sıra növlərində baş ağrısına rast gəlinir.