• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Qəfləti ölüm nədən baş verir? Tibb elmləri üzrə fəlsəfə doktoru,Avrasiya Hospitalın mütəxəssis həkim-kardioloqu Azər Məlikov!

Qəfləti ürək ölümləri ilə bağlı göstərici hal – hazırda günü gündən artmaqdadır. Qəfləti ürək ölümü ürəkdə klinik simptomların başlandığı an, yaxud da bir neçə dəqiqə və ya bir neçə saat sonra (6 saata qədər) baş verən ölümə deyilir. Qəfləti ürək ölümü klinik cəhətdən ürəyi sağlam hesab edilən şəxslərdə, həmçinin anamnezində ürəyin işemik xəstəliyi olan şəxslərdə baş verir, və çox əksər hallarda tac damarların aterosklerozu fonunda meydana çıxır. 

AKÖ (Qəfləti ürək ölümü, Ani kardiak ölüm) ən yüksək risk faktorları:

  • Sol mədəciyin aşağı atım fraksiyası
  • Koronar arter xəstəliyi .Kəskin Miokard İnfarkt
  • Kardiomiopatiya və ürək çatmamazlığı
  • Genetik xəstəliklər : Brugada Syndrome 

Dövrümüzün ən təhlükəli və çox sıx rast gəlinən - qəfləti ölümlə əlaqədar daha ətraflı bilgiyə sahib olmaq üçün zəhmət olmasa, PhD.Azər Məlikovun çıxışını izləyin və sağlamlığınızı güvəndə saxlayın.Qeyd edək ki, Tibb elmləri üzrə fəlsəfə doktoru Azər Məlikov Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə heyətinin üzvü, həmçinin Avropa Kardiologiya və EXO Kardioqrafiya Cəmiyyəti və eyni zamanda Rusiya Ultrasəs Mütəxəssisləri Assosiasiyasının üzvü, Avrasiya Hospitalın mütəxəssis kardioloq həkimidir.

Tibb elmləri üzrə fəlsəfə doktoru Azər Məlikovun qəbuluna yazılmaq istəyənlər üçün,

Əlaqə: 1116

Mobil və Whatsapp: (+99455) 979 -01-01



3264