Zədələnmə - Travma adi hal olaraq qarşılanmamalıdır!
Xarici mühitin zərərli amillərinin təsirindən toxuma və üzvlərdə törənən anatomik dəyişikliyə və nəticədə fizoloji fəaliyyətin tam və ya qismən pozulmasına zədələnmə deyilir.Zədələr kəskin və xroniki olaraq 2 qrupa bölünür. Kəskin zədələr bir dəfəyə mexaniki təsirdən, xronik zədələr isə zədə amilinin uzun müddətli və ya təkrar təsirindən yaranır (məs: döyənək).Zədələrin ağırlıgı və nəticəsi xarici amilin növündən, ağırlığından, zərbənin gücündən, toxumaya yönəldilən istiqamətindən, təsir müddətindən, zədələnməyə məruz qalan toxumanın anatomo-fizoloji xüsusiyyətindən, patoloji vəziyyətindən, bədənin reaktivliyindən asılıdır.
Travma gələcəkdə ciddi fəsadlara yol aça bilər və bu da öz növbəsində sağlamlığa zərər gətirərək orqanizmi, uzun müddətli müalicə tələb edən vəziyyətə gətirib çıxarır.Bədənin hansısa nahiyəsi travma aldığı zaman ən tez müddətdə qarşısının alınması üçün travmatoloq - həkimin müayinəsi mütləq hal hesab edilir.
Avrasiya Hospitalın professional travmatoloq - ortoped həkimi Dr.Zaur Seyidov bu sahədə sizə peşəkar səviyyədə köməklik göstərəcəkdir.Dr.Zaur Seyidov Azərbaycanda təhsilini bitirdikdən sonra Rusiyada xüsusi təhsil almış, Ukraynada öz ixtisası üzrə fəaliyyət göstərmiş və bu sahədə mütəxəssislik dərəcəsinədək yüksəlmişdir.
Dr.Zaur Seyidovun qəbuluna yazılmaq istəyənlər üçün,
Əlaqə: 1116
Mobil və Whatsapp: (+99455) 979 -01-01