Mirvari suyu,Çəpgözlük və Şəkər xəstəliyinin gözdə yaratdığı fəsadlardan əziyyət cəkirsiniz?
Göz insan həyatını işıqlandıran ən vacib orqandır.Son dövrlərdə göz xəstəlikləri ilə bağlı ən aktual problemlər sırasında uşaqlarda Çəpgözlük, Mirvari suyu (Katarakta) və Diabetik Retinopatiya (Şəkər xəstəliyinin gözdə yaratdığı fəsadlar) çoxluq təşkil etməkdədir. Qeyd edək ki, uşaqlarda Çəpgözlük həm irsi ola bilər, həm də anada çətin hamiləlik və ya çətin doğuş olduğu hallarda da baş verə bilər. Bu xəstəliyin səbəbi uşağın sinir sistemi xəstəlikləri, uşaq infeksion xəstəlikləri, həmçinin travmalar ola bilər. Katarakta zamanı əvvəlcə insan zəif görməyə başlayır. Getdikcə isə görmə qabiliyyəti tamamilə itir. Diabetik Retinopatiya isə şəkərli diabetdən əziyyət çəkən xəstələrdə göz dibini örtən və sinir toxumasından ibarət tor qişanın damarlarının zədələnməsi zamanı əmələ gəlir. Bu xəstəliklər zamanı tez bir zamanda göz həkiminin müayinəsindən keçmək mütləqdir. Diqqətsiz qalan bu çatışmazlıq sonradan görmə qabiliyyətinin kəskin şəkildə zəifləməsinə səbəb ola bilər.
Avrasiya Hospital Oftalmologiya şöbəmizin uzman oftalmoloq həkimi,Türkiyədə xüsusi uzmanlıq təhsili alaraq bu sahədə yetəri qədər təcrübəyə malik, Dr.Şahin Novruzlu öz çıxışında bu xəstəliklər haqqında sizə daha ətrafli məlumat verəcəkdir.Buyurun izləyin,
Uzman Oftalmoloq Dr.Şahin Novruzlunun qəbuluna yazılmaq üçün,
Əlaqə: 1116
Mobil və Whatsapp: (+99455) 979 -01-01