• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Tibbdə yenilik! ABŞ-da 3D süni Burun köçürülməsi tətbiq edilib!

Marşall adalarında unikal cərrahiyyə əməliyyatı aparılıb və pasiyentə süni burun köçürülüb. Cərrah həkimin dediyinə əsasən, funksional implant adi orqan kimi böyüyəcək və gələcəkdə daha cərrahi müdaxiləyə ehtiyac qalmayacaq. Bu isə çox əhəmiyyətlidir, çünki pasiyent 14 yaşlı oğlandır.
Xəstə 5 il əvvəl elektrik xəttinə yıxılması səbəbindən xəsarət alıb. 2015-ci ildə Nyu-York mütəxəssisləri əvvəlcə yeniyetmənin qulağını və gözünü bərpa ediblər. Burun köçürülməsi əməliyyatına bir il hazırlıq tələb olunub. Həkimlər ilk növbədə kosmetik əməliyyat yolu ilə oğlanın sifətini burun köçürülmə əməliyyatına hazırlayıblar. İmplantın əslindən seçilməməsi üçün burnun strukturu barədə informasiya toplanması xeyli vaxt aparıb.
Birinci mərhələdə - 16 saat çəkən əməliyyat zamanı lazerin köməyi ilə dərinin strukturunun analizi aparılıb.Cərrahlar əzələ toxumalarını və qan damarlarını pasiyentin budundan götürüblər.
Transplantant yerləşdiriləndən sonra həkimlər əməliyyat zonasında dərini bərpa ediblər.Bu yeni texnologiya üz cərrahiyyəsində əsl sıçrayışdır.


2372