• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Süd vəzi xərçəngini necə tanimalı???

Süd vəzisinin xərçəngi – qadınlarda çox təsadüf edilən bədxassəli şiş növüdür.Süd vəzinin xərçəngi vaxtında müalicə edilmədikdə, şiş artaraq dəriyə və döş qəfəsinə də sirayət edir (yayılır). Limfatik damarlar vasitəsilə bədxassəli hüceyrələr yaxınlıqdakı limfa düyünlərinə və digər orqanlara da (ağ ciyərlər, qara ciyər, sümüklər, baş beyini) yayıla bilər.Türkiyədə Radiologiya sahəsi mütəxəssislik dərəcəsi qazanan Dr.Arzu Cəfərovanın sözlərinə əsasən,əfsuslar olsun ki, xəstəliyin açıq-aşkar əlamətləri əksər hallarda şişin çox gec dövrlərində üzə çıxır. Bu zaman artıq süd vəzisində bərkimiş, ağrısız düyün əmələ gəlir. Döş qəfəsinə sirayət etdiyi halda, həm şiş və həm də süd vəzisi hərəkətsiz olur. Şişin süd vəzisi sahəsindəki dəriyə sirayət etməsi dərinin deformasiya olunmasına, bir qədər içəriyə tərəf çəkilməsinə, xoralaşmasına, dərinin bəzi sahələrində limon qabığına bənzər sahələrin əmələ gəlməsinə (dəri şişkinləşir, üzərindəki xırda dəliklər genişlənmiş olur), vəzi giləsinin içəri tərəfə çəkilməsinə səbəb olur. Xəstəliyin digər əlamətlərindən biri də süd vəzisi giləsindən qan qarışıqlı ifrazatın olmasıdır. Xəstəlik zamanı limfatik düyünlərin də zədələndiyi halda, onların ölçülərinin böyüməsi səbəbindən qoltuqaltı nahiyədə ağrının baş verməsinə səbəb olur. Əlbəttə ki, xəstəlik bu dövrdə aşkar edilibsə, onun tam müalicə oluna biləcəyi ehtimalı olduqca azdır.Odur ki,əziz xanımlar sağlamlığınızı güvən altında saxlamaq üçün gecikmədən zamanında müayinədən keçməyiniz vacib haldır.Xüsusilə 40 yaşından sonra ildə 1 dəfə müayinədən keçmək mütləq hesab edilir.

Dr.Arzu Cəfərova Türkiyənin Hacettepe Universiteti və Şişli Etfal Eğitim və Araştırma xəstəxanasında Radiologiya sahəsi üzrə çalışaraq mütəxəssis dərəcəsinədək yüksəlmiş və bu sahədəki  təcrübəsini sizin xidmətinizdə Avrasiya Hospitalda həyata keçirməkdədir.Dr.Arzu Cəfərovanın qəbuluna yazılmaq üçün,

Əlaqə: 1116

Mobil və Whatsapp: (+99455) 979 -01-01




1797