• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Son zamanların ən çox yayılan xəstəliyi - Hepatitlərdən necə qorunaq?

Hippokrat VIII əsrdə müəllifi olduğu 1 yazıda sarılıqla başlayan və qaraciyəri zədələyən 1 xəstəliyi təsvir etmiş və bu xəstəliyin mənşəyi haqqında 1947-ci ildə McCallum hepatit terminini istifadə etmişdir. Hepatitlər əlifba sırası ilə A,B,C,D,E,TT və s. ilə adlandırılır. Bunlar arasında B,C viral hepatitlər daha çox təhlükə törətməkdədir.Dünya üzrə 2 milyard insanın hepatit B virusuna yoluxduğu, 400 milyonunda xronik hepatit inkişaf etdiyi və hər il 600.000-dən çox ölüm halları olduğu qeyd olunmuşdur.

Radiologiya şöbəmizin Tibb Elmləri üzrə fəlsəfə doktoru Azadə Rəhimovanın bildirdiyinə əsasən, xəstələr adətən tez yorulmadan ,halsızlıqdan, iştahsızlıqdan, sağ qabırğaaltı nahiyədəki ağrılardan və s. şikayət edir. Ultrasəs Müayinəsi qeyri-invaziv metoddur və heç bir yan təsiri olmadığından xəstəliyin ilkin diaqnostikasında mühüm rol oynayır.Qaraciyər toxumasında qeyri-homogenlik, hepatomeqaliya, bəzi hallarda splenomeqaliya halları müşahidə olunarsa, xəstə qaraciyərin funksional testlərindən keçməli və eyni zamanda viral hepatitlər mütləq yoxlanılmalıdır.

Tibb Elmləri üzrə fəlsəfə doktoru Azadə Rəhimova Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmiş, 1993-cü ildən indiyənədək ATU-nun 2-ci Daxili xəstəliklər kafedrasının assistentidir və 2011-ci ildən ATU Tədris Terapevtik Klinikasının Ümumi terapiya şöbəsində çalışmaqdadır,həmçinin TEF.Dr.Azadə Rəhimova sahib olduğu və illərdir qazandığı peşəkar təcrübəsini Ultrasəs həkim olaraq Avrasiya Hospitalda bölüşməkdədir.TEF.Dr.Azadə Rəhimova Azərbaycanda və Türkiyənin İstanbul, Antalya və s. şəhərlərində təşkil edilən bir çox Beynəlxalq konfransların iştirakçısı olmuş və öz ixtisası üzrə professional təcrübəyə malikdir.

TEF.Dr.Azadə Rəhimovanın qəbuluna yazılmaq üçün,

Əlaqə: 1116

Mobil və Whatsapp: ( +994 55) 979-01-01





2031