Şəkərli Diabet xəstələrində zəifgörmə sonda korluqla nəticələnə bilər.Qarşısını necə almaq olar?
Şəkərli Diabet xəstəsisinizsə, göz müayinəsindən keçməyiniz nə üçün vacibdir?
Diabetik retinopatiya başlanğıc mərhələlərdə hiss edə bilməyəcəyiniz yalnız göz həkiminin müayinə vaxtı aşkarlaya biləcəyi göz dibi zədələnmələriylə başlayır və ən nəhayətində korluqla nəticələnə bilir.Xəstəlik irəlilədikcə görmə qabiliyyəti zəifləyir,görmədə ləkələr və ya tünd cizgilər ,bulanıq görmə,gecələr zəif görmə,rəngli görmənin pozulması,görmənin ani itməsi kimi hallar yaranır.
Diabetik retinopayiya- göz dibindəki damarların zədələnməsiylə , qanın tərkibindəki plazmanın damardan sızmasına və görmə mərkəzində ödemin yaranmasına və nəhayət görmənin zəifləməsinə gətirib çıxarır.Diabet retinopatiya mərhələlərinə görə getdikcə göz dibində daha ağır dəyişikliklərə səbəb olur.
Diabet xəstəsisinizsə nə etməlisiniz? Qanda şəkərin səviyyəsini mütəmadi kontrol etməklə və ildə bir göz həkimin müayinəsindən keçməklə göz sağlamlığınızı qorumuş olursunuz.
Uzman Oftalmoloq Dr.Şahin Novruzlunun qəbuluna yazılmaq istəyənlər üçün,
Əlaqə: 1116.
Mobil və Whatsapp: (+99455) 979-01-01
E-mail: hospital@avrasiya.az
Facebook: www.fb.com/hospital.avrasiya
Instagram: @avrasiya_hospital
Ünvan: Nəsimi ray.,Ak.Həsən Əliyev 15