• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

XX əsrin faciəsi! Xocalı hadisəsini Soyqırım kimi tanıyan ÖLKƏLƏRİN SİYAHISINI təqdim edirik.

Xocalı rayonu 1991-ci il noyabr  ayının 26-da Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsgəran rayonunun bazasında yaradılmış və  Dağlıq Qarabağda əhalisinin sayına görə Şuşadan sonra Azərbaycanın 2-ci rayonu idi. Rayonun ərazisi 1991-1992-ci illərdə erməni silahlı quvvələri tərəfindən işğal olunub. Rayonun mərkəzi - Xocalı şəhəri  1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin törətdiyi dəhşətli soyqırım nəticəsində yerlə yeksan edilib.

  • 613 şəhidimizin 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi.
  • 487 nəfər yaralandı.
  • 8 ailə bütövlükdə məhv edildi.
  • 25 azyaşlı uşaq hər iki valideynini itirdi.
  • 130 uşaq valideynlərindən birini itirdi.
  • 59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi.
  • 1000 nəfərdən çox şəhər sakini əlil olub.
  • 1275 nəfər əsir və girov götürüldü.
  • Əsir düşənlərdən 150 nəfəri itkin düşüb və taleyi bu günədək məlum deyil..
Xocalı hadisəsini soyqırım kimi tanıyan ölkələrin siyahısı.
 Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Sudan, Ruminiya, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi , Pensilvaniya, West Virginia, Connecticut, Florida, Indiana, Arizona ştatları.
Azərbaycan xalqı hər il bu kədərli tarixi dərin hüznlə yad etməkdədir...


1507