Avrasiya Hospital Göz şöbəsində Oftalmoloq və Pediatrlar üçün təşkil edilən seminar uğurla başa çatdı!
Hospitalımızın Oftalmologiya şöbəsində 11.03.2016 tarixində təşkil edilən Oftalmoloqlar və Pediatrlar üçün nəzərdə tutulan seminar müvəfəqqiyyətlə baş tutdu. Oftalmologiya şöbəmizin mütəxəssis və uzman həkimlərindən ibarət komandası yüksək səviyyəli çıxışları ilə, şöbəmizin yenilikləri və xidmətləriylə bağlı dəyərli məlumatlar verərək seminara təşrif buyuran bütün həkim kollektivinin yüksək məmnunluğunu qazandı. Seminarda iştirak edən bütün həkim kollektivinə və çıxışlarına görə Oftalmologiya şöbəmizin mütəxəssis həkimləri Uzman Cərrah - Oftalmoloq Dr.Şahin Novruzlu, Tibb elmləri namizədi Cərrah - Oftalmoloq Dr.Rəşadət Qurbanov, Cərrah - Oftalmoloqlar Dr.İmran Cərullazadə və Dr.Əsmər Cümşüdovaya, həmçinin, seminar təşkilində böyük zəhməti keçən Dr.Rəhimə Poluxovaya və xüsusi qayğı ilə seminara dəstək olan şöbənin rəhbəri Dr.Nigar Rəsulovaya dərin minnətdarlığımızı bildiririk. Fotoları sizinlə paylaşırıq.