Məşhur LOR-Cərrah Dr. Arif Məmmmədovun rəhbərlik etdiyi seminarın uğurlu nəticələri!
Martın 5-i saat 15:00 -da “2014-cü ilin həkimi” fəxri ad sahibi, məşhur LOR-Cərrah Dr. Arif Məmmmədovun Avrasiya Hospitalda seminar çıxışı uğurla həyata keçirildi.Xəstələr üçün təşkil edilən seminarda Uşaqlarda və Böyüklərdə rast gəlinən bütün növ Qulaq, Burun, Boğaz xəstəlikləri haqqında ətraflı məlumat verildi və təşrif buyuran xəstələrin sualları Lor - cərrah Dr.Arif Məmmədov tərəfindən cavablandırıldı.Həmçinin, iştirakçılar seminar sonrası Dr.Arif Məmmədov tərəfindən müayinə olundular.Seminara gələ bilməyən xəstələr isə müxtəlif vaxtlarda Dr.Arif Məmmədovun qəbuluna gələrək müayinədən keçmiş, əməliyyat olunmuş və yüksək razılıq hissi ilə təşəkkürlərini bildirdilər.
Avrasiya Hospital kollektivi olaraq uzun illərdir öz peşəsi üzrə təcrübə və hörmət qazanmış Dr.Arif Məmmədovu əldə etdiyi nailiyyətləri səbəbiylə dəstəkləyir və uğurlarının davamını arzulayırıq.