Torpaq çərşənbəniz mübarək! Bu günün qədim tarixi və özəlliyi nədir?
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Yaradılışın mərhələlərini işarələyən 4 ünsür ilə (su, od, külək və torpaq) əlaqədar ənənələr daxildir. Ümumiyyətlə Çərşənbə günlərində və xüsusilə bu son 4 Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına) hörmətsizlik edilməməsi lazım olduğuna inanılar.
Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə Torpaq çərşənbəsi yetişdikdə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək mümkün olur. Əfsanəyə görə insanların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel, Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.