Sağ qabırğaaltı nahiyədə ağrı, tez yorulma, halsızlıq əlamətləri ilə SERROZA səbəb Qaraciyər yağlanması!
Radioloq - Terapevt Tibb Elmləri üzrə fəlsəfə doktoru Azadə Rəhimovanın bildirdiyinə əsasən, Qaraciyər yağlanması sıx görülən durum olub hər 4-5 nəfərdən birində rast gəlinir. Qaraciyər yağlanmasının nəticəsi olaraq qaraciyər iltihabı meydana gəlir və tibbdə steatohepatit adlanır.Alkoqola bağlı və non-alkoqol steatohepatit ayırd edilir.
Səbəbləri - Piylənmə, şəkərli diabet, aclıq və ya sürətli çəki itirmə, Vilson xəstəliyi, hamiləlik, bəzi dərman preparatları və s.
Qaraciyər yağlanmasının özəl bir əlaməti yoxdur. Lakin bəzi hallarda sağ qabırğaaltı nahiyədə ağrı hissi, tez yorulma, halsızlıq kimi əlamətlər insanları narahat edə bilər.Qaraciyər yağlanmasının diaqnozu USM müayinəsi və qan təhlilləri vasitəsilə təyin edilir.
Müalicəsi - kompleks aparılır.İlk növbədə alkoqol qəbulu dayandırılmalıdır.Həyat tərzi dəyişdirilməlidir - yağlı, şirin qidaların qəbulunu azaltmaq, piyada yürümək xəstəliyin irəliləməsinin qarşısını alır.
Unutmayın ki, qaraciyər piylənməsi qaraciyər sirrozuna gətirib çıxarır.
Radioloq - Terapevt Tibb Elmləri üzrə fəlsəfə doktoru Azadə Rəhimovanın qəbuluna yazılmaq üçün ,
Əlaqə: 1116
Mobil və Whatsapp: (+99455) 979-01-01
Facebook: www.fb.com/hospital.avrasiya
Instagram: @avrasiya_hospital
Ünvan: Nəsimi ray., Ak. Həsən Əliyev 15.