• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Böyrək daşlarının 1 SM-lik dəlikdən lazerlə xaric edilməsi!

Bu əməliyyat zamanı xəstənin daş olan böyrəyinə dəridən punksion iynə ilə yol açılır. Rentgen nəzarəti altında bu yol xüsusi balonla 1 sm-dək genişləndirilir və AMPLATZ adlanan boru böyrəyə qədər yeridilir. Bu borunun içərisindən nefroskop (böyrəyin daxilini müayinə etmək üçün endoskop) salınır, daşlar aşkar edilir və ballistik, ultrasəs və ya lazer enerjisi ilə parçalanaraq xaric edilir.

Əməliyyatdan sonra xəstə 3-4 gün xəstəxanada qalır. Əməliyyatın sonunda böyrəyə qoyulan drenaj boru çıxarıldıqdan sonra xəstə evə yola salınır.Avrasiya Hospital Urologiya şöbəsinin peşəkar Uroloq-Androloqu Dr. Vüqar Əhmədov tərəfindən bu əməliyyat müvəffəqiyyətlə aparılır və ən çətin hallarda belə (böyrəyin mərcanvari və çoxlu daşları, iki tərəfli böyrək daşı xəstəliyi və s.) müsbət nəticə əldə edilir. 

Avrasiya Hospitalın professional uroloq - androloqu, cərrah Dr.Vüqar Əhmədov ölkəmizdə Dünya Endourologiya Cəmiyyətinə (World Society of Endourology) üzv olan xüsusi həkimlərdən biridir.Eyni zamanda Türkiyənin Türkurolap Dərnəyinin peşəkar üzvüdür. Ruminiya, Türkiyə, Belorusiya, Sudan və bir sıra xarici ölkələrdə beynəlxalq dərəcəli konfranslarda iştirak etmiş, Urologiya sahəsi üzrə yüksək səviyyəli təcrübəli həkim, cərrah Dr. Vüqar Əhmədovun qəbuluna yazılmaq üçün,

Əlaqə: 1116

Mobil və Whatsapp:(+99455) 979-01-01 

Facebook: www.fb.com/hospital.avrasiya

Instagram: @avrasiya_hospital

www.avrasiya.az

Ünvan: Nəsimi ray., Ak.Həsən Əliyev 15. 

 

 

 



2730